İdman sahəsində qazandığı nailiyyətlərə görə bizə fəxr hissi yaşadan, uğura imza atan qızlarımızı cəmiyyətə təqdim etmək istəyirik. Xocalının belə qızlarından biri də Novruzlu Ayan Elman qızıdır.
Uşaq yaşlarından kikboksinq idman növü ilə məşğul olan Ayan bir çox uğurlara imza atıb. O, üç dəfə uşaqlar arasında keçirilən kikboksinq üzrə yarışlarda Azərbaycan çempionu olub. Dəfələrlə Bakı şəhər çempionatında və komandalararası yarışlarda qalib olmuşdur. 30 noyabr – 1 dekabr 2024-cü il tarixində Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən “ŞUŞA KUBOKU” turnirində 46 kq dərəcəsi ilə I yerə layiq görülüb. Ayan boks üzrə də öz gücünü nümayiş etdirməyi bacarıb. Belə ki, 2025-ci ilin fevral ayında boks üzrə yeniyətmələr arasında Bakıda keçirilən Respublika çempinatında 48 kq çəki üzrə III yerin qalibi olub. Ayan Novruzlu 2025-ci il 16-21 may tarixində Bakıda keçirilən “Heydar Alıyev CUP 2025” beynəlxalq turnirin gümüş medalına sahib olub.
Qeyd edək ki, əslən Xocalı rayonundan olan Ayan Novruzlu 26 avqust 2010-cu ildə Bakıda doğulub. Torpaqlarımızın azad olunmasının qüruru hər bir idmançımıza əlavə stimul verdiyi kimi, Ayan da azad Xocalının mərd, cəsur qızı kimi yarışlarda həvəslə iştirak edir. Ümid edirik ki, Ayan Novruzlunun Avropa və Dünya çempionatlarından da zəfər xəbərlərini oxucularımızla bölüşəcəyik.