Rusiyalı nevroloq Olqa Zinçeva demensiyanın ilkin əlamətləri barədə danışıb.
xocalininsesi.az xəbər verir ki, nevroloqun sözlərinə görə bu xəstəlik beyin strukturlarının zədələnməsi nəticəsində inkişaf edir və yaddaş, diqqət, nitq, düşünmə, gündəlik fəaliyyətlər kimi koqnitiv funksiyaların pozulması ilə müşayiət olunur.
Demensiya əvvəlcə insanın gündəlik həyatına təsir edir, iş və məişət işlərini çətinləşdirir, gec mərhələdə isə şəxsiyyətin dərin dağılmasına gətirib çıxarır.
Ən erkən simptomlardan biri qısamüddətli yaddaşın zəifləməsidir. İnsan yaxınlarının adını unuda, son günlərdə baş verən hadisələri xatırlamaya, tanış marşrutlarda çaşa bilər. Bəzi hallarda pasiyentlər eyni sualı dəfələrlə təkrarlayır.
Xəstəliyin başlanğıcında səbəbsiz depressiv hallar da tez-tez rast gəlinir. Pasiyentlərdə kədərli əhval, təşviş, şübhəçilik və inamsızlıq yaranır. Digər vacib əlamət isə məişətdə səliqəsizlikdir - insan şəxsi gigiyenaya laqeyd yanaşır, geyim və xarici görünüşünə fikir vermir. Zamanla vaxt və məkanda orientasiya da pozulur, dərmanların qəbulu və gündəlik rejim qarışır.
Mənbə: https://news.milli.az/health/1295343.html