Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlığın təmin edilməsi mövzusunda tədbir keşirilmişdir

0

  • Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində çalışan dövlət qulluqçularının iştirakı ilə dövlət qulluğunda səmərəliliyin artırılması məqsədilə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, bu sahədə hesabatlılığın təmin edilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsinə həsr olunmuş ümumiləşdirilmiş müzakirə keçirilmişdir.

    Tədbirdə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi prosesində şəffaflığın artırılması, nəticəyönümlü yanaşmanın tətbiqi, eləcə də idarəetmədə effektivliyin yüksəldilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

    Müzakirələr zamanı çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyyə Qarayeva bildirmişdir ki, son illər dövlət qulluğu sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində Azərbaycan Respublikasında müasir çağırışlara cavab verən, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan dayanıqlı dövlət qulluğu sistemi formalaşmışdır. O qeyd etmişdir ki, ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və dövlət orqanlarının effektiv fəaliyyəti bilavasitə bu qurumlarda çalışan dövlət qulluqçularının peşəkarlıq səviyyəsindən, etik davranışından və vəzifə öhdəliklərini məsuliyyətlə icra etməsindən asılıdır.

    Lamiyyə Qarayeva vurğulamışdır ki, dövlət qulluqçularının fəaliyyətinin obyektiv qiymətləndirilməsi onların peşəkar inkişafına, motivasiyasının artırılmasına və ümumilikdə dövlət idarəçiliyində keyfiyyət göstəricilərinin yüksəldilməsinə mühüm töhfə verir. Bu baxımdan, fəaliyyətin qiymətləndirilməsi mexanizmlərinin daim təkmilləşdirilməsi, müasir idarəetmə alətlərinin tətbiqi və hesabatlılığın gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılır.

    Sonda mövzu ətrafında aparılan müzakirələrin dövlət qulluğu sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə, əmək intizamının möhkəmləndirilməsinə və institusional potensialın artırılmasına xidmət etdiyi qeyd olunmuşdur.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib24 dəfə
    Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlığın təmin edilməsi mövzusunda tədbir keşirilmişdir

    Maraqlı gələ bilər
    98
    146