Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Erkən və qohumlararası nikahın mənfi təsirləri barədə gənclərin məlumatlandırılması istiqamətində maarifləndirmə tədbiri

0

  • Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 11.11.2025-ci il tarixində Xocalı rayonunun fəal qadınlarının iştirakı ilə “Biz Xocalı qadınları məişət zorakılığına yox deyirik” devizi altında tədbir keçirilmişdir. Tədbir Xocalı Rayon İcra Hakimiyyəti yanında icra nümayəndəlikləri vasitəsilə həyata keçirilən maarifləndirmə fəaliyyətlərinin bir hissəsi kimi təşkil edilmiş, erkən və qohumlararası nikahın mənfi təsirləri barədə məlumatlandırma məqsədini daşıyırdı.

    Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin müavini Lamiyə Qarayeva, Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova və rayonun idarə və müəssisələrində çalışan qadınlar iştirak etmişdir.

    Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova çıxış edərək ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından və ailə siyasətinin əhəmiyyətindən danışmış, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət ailə siyasətinin milli strategiya səviyyəsində formalaşdığını vurğulamışdır. Ramilə Xudayarova qeyd etmişdir ki, erkən və qohumlararası nikah yalnız fərdi səviyyədə deyil, cəmiyyət və gələcək nəsillərin sağlamlığı baxımından ciddi fəsadlar törədir.

    Tədbirdə iştirak edən məktəb direktorları və pedaqoji heyət ailədaxili problemlərin yaranma səbəblərini izah etmiş, gənclərin ailə qurmazdan əvvəl hüquq və vəzifələrini bilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, erkən nikahların nəticəsində yetkinlik yaşına çatmayan şəxslərin hüquqları pozulur, ailələr dağılır və sosial problemlər artır. Qohumlararası nikahın tibbi-genetik risklər yarada biləcəyi, sağlam olmayan nəslin formalaşmasına səbəb ola biləcəyi xüsusilə qeyd olunmuşdur.

    Lamiyə Qarayeva çıxışında dövlətin qadın hüquqlarının qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmasını və gender bərabərliyinin təmin olunmasını vurğulamış, həmçinin Azərbaycan torpaqlarına erməni quldurlarının təcavüzü nəticəsində yaranmış məişət zorakılığı hallarını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, maarifləndirmə tədbirləri yalnız hüquqi məlumatların çatdırılması ilə kifayətlənməməli, həm də gənclərin və valideynlərin mənəvi-psixoloji inkişafına töhfə verməlidir.

    Tədbir çərçivəsində şagirdlər və valideynlər aktiv iştirak etmiş, onları maraqlandıran suallar cavablandırılmış və geniş fikir mübadiləsi aparılmışdır. Müzakirələr göstərmişdir ki, erkən və qohumlararası nikahın həyat, sağlamlıq və psixoloji inkişaf baxımından mənfi təsirlərinin açıqlanması, eləcə də maarifləndirici tədbirlərin keçirilməsi gənclərin məlumatlılığının artırılması və gələcəkdə məsuliyyətli qərarlar verməsi üçün vacibdir.

    Belə tədbirlər Xocalı rayonunda icra nümayəndəlikləri vasitəsilə sistemli şəkildə davam etdirilərək, gənclərin erkən nikaha cəlb olunmasının qarşısını almağa, ailə dəyərlərinin qorunmasına və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib26 dəfə
    Erkən qohumlararası nikahın mənfi təsirləri barədə gənclərin məlumatlandırılması istiqamətində maarifləndirmə tədbiri

    Maraqlı gələ bilər
    95
    97
    169
    108
    95
    88
    106
    98