Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rayonumuzda gənclər üçün sağlam həyat tərzinin təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib”

0

  • Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” haqqında Sərəncamının 3.3.7.1-ci bəndinin (Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması) icrasının təmin edilməsi məqsədilə Xocalı rayonunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

    Bu tədbirlər çərçivəsində 15 dekabr 2025-ci il tarixdə Xocalı Rayon İcra Hakimiyyəti və Xocalı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Yeni yaşayış massivində yerləşən 1 saylı uşaq musiqi məktəbində növbəti maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri, müəllim heyəti, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

    Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, gənclər arasında fiziki fəallığın artırılması, zərərli vərdişlərə qarşı mübarizə, düzgün qidalanma və psixoloji sağlamlığın qorunması barədə iştirakçıların məlumatlandırılması olmuşdur. Çıxış edənlər sağlam həyat tərzinin gənclərin intellektual və fiziki inkişafında mühüm rol oynadığını vurğulamış, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən proqram və layihələr barədə ətraflı məlumat vermişlər.

    Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və sağlam həyat tərzini əks etdirən maarifləndirici materiallar paylanmışdır. Tədbir iştirakçıların fəal iştirakı və marağı ilə yadda qalmışdır.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib16 dəfə
    Rayonumuzda gənclər üçün sağlam həyat tərzinin təbliğinə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib”

    Maraqlı gələ bilər
    108
    121
    0
    133
    107