Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İlham Əliyevin dövlətçilik strategiyası və güclü Prezident institutu.

0

  • İlham Əliyevin dövlətçilik strategiyası və güclü Prezident institutu.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və Prezident institutunun güclü siyasi dayağa çevrilməsi ilə səciyyələnir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilmişdir.

    Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və çevik qərarvermə əsas prinsip kimi formalaşmışdır. İcra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, elektron hökumət sisteminin tətbiqi, korrupsiyaya qarşı mübarizə və institusional islahatlar dövlət aparatının effektivliyini əhəmiyyətli dərəcədə artırmışdır.

    Dövlət başçısı milli maraqlara əsaslanan balanslaşdırılmış siyasət yürüdərək Azərbaycan Respublikasının daxili sabitliyini və siyasi davamlılığını təmin etmişdir. Prezidentin prinsipial mövqeyi, hüquqi dövlət quruculuğuna verdiyi önəm və Konstitusiyanın aliliyinin qorunması ölkədə vətəndaş–dövlət münasibətlərinin sağlam əsaslar üzərində formalaşmasına şərait yaratmışdır.
    Xocalı rayon gənci Ziya Əliyev
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib41 dəfə
    İlham Əliyevin dövlətçilik strategiyası güclü Prezident institutu.

    Maraqlı gələ bilər
    113
    117
    240