Ölkəmizin ən genişmiqyaslı uşaq yaradıcılıq platformasına çevrilmiş "Uşaq İncəsənət festivalı 2025"də Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbinin məzunu Rəşad Əlizadə Azərbaycan xalq çalğı zərb alətləri nominasiyası üzrə həvəskar kateqoriyasında I yerə, XI sinif şagirdi Fatimə Əsgərova isə Estrada oxuma nominasiyası üzrə həvəskar kateqoriyasında III yerə layiq görülmüşdür.
Şagirdlərimizi və onların müəllimi UBTR Ulduz Əsgərovanı ürəkdən təbrik edir, uğurlar arzulayırıq!
Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı-2025 istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunur.