Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Zəfərə aparan yol” adlı tədbir keçirilib

0

  • ★
  • ★
  • ★
  • ★
  • ★
  • 27 Sentyabr – Anım Günü ilə əlaqədar 26 sentyabr 2026-cı il tarixdə Xocalı rayonunun Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərə aparan yol” adlı tədbir keçirilib.



    Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının silsilə tədbirlər planına uyğun olaraq keçirilən tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyi və Kosalar kənd Mədəni-Maarif müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.



    Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, müharibə veteranları, şəhid ailələri və digər qonaqlar iştirak ediblər.



    Tədbiri muzeyin direktoru Tofiq Məmmədov giriş sözü ilə açıq elan edib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.



    Anım Günü ilə bağlı məruzə dinlənilib. Məruzənin ardından şəhid ailələri və tədbir iştirakçıları çıxış edərək Vətən müharibəsində şəhidlərin göstərdiyi qəhrəmanlıqdan, onların əziz xatirəsinin daim yaşadılmasının vacibliyindən danışıblar.



    Tədbirin davamında Gəncə Şəhidlər xiyabanı ziyarət olunub. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, Əbədi Məşəl Kompleksinin qarşısına gül dəstələri düzülüb və onların ruhuna dualar oxunub.



    Həmçinin Vətən müharibəsi şəhidi Məmmədov Elnur Xurşud oğlunun ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı şəhidin həyat yolu və Vətən uğrunda göstərdiyi fədakarlıqla bağlı xatirələr bölüşülüb.



    Tədbirin sonunda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən bütün şəhidlərə Allahdan rəhmət dilənib, onların müqəddəs xatirəsinin daim uca tutulacağı vurğulanıb.


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi2 saat öncə
    İzlənib3 dəfə
    “zəfərə aparan yol” adlı tədbir keçirilib
    Maraqlı gələ bilər
    246
    304
    171
    153
    210
    171