Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Konstitusiya və suverenlik ili” çərçivəsində Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirildi.

0

  • 29.08.2025-ci il tarixində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş təşkil olundu. Tədbirdə ictimaiyyət nümayəndələri və müvafiq qurumların məsul şəxsləri iştirak etdilər.
    Görüşün əsas məqsədi müharibə iştirakçılarının və şəhid ailələrinin mövcud problemlərini dinləmək, onların həlli istiqamətində müvafiq addımlar atmaq idi. Tədbir iştirakçıları qazilərimizin və müharibə veteranlarının göstərdiyi şücaətdən qürur hissi ilə danışaraq onların fədakarlıqlarının hər zaman yüksək qiymətləndirildiyini qeyd etdilər.
    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyyə Qarayeva çıxışında vurğuladı ki, dövlət daim qazilərimizin və şəhid ailələrinin yanındadır:
    “Bizim borcumuz yalnız Sizin qəhrəmanlığınızı xatırlamaq deyil, həm də gündəlik həyatınızda qarşınıza çıxan çətinliklərin həllinə dəstək olmaqdır. Burada səslənən hər bir müraciət diqqətlə qeydə alınacaq və müvafiq tədbirlər görüləcəkdir.”
    Görüş zamanı iştirakçılar sosial təminat, məşğulluq və digər sahələrdəki ehtiyaclarını səsləndirdilər. Qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verildi.
    Sonda qazilər və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etdilər
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib7 dəfə
    “konstitusiya suverenlik ili” çərçivəsində Şəhid ailələri qazilər müharibə iştirakçıları ilə görüş keçirildi.

    Maraqlı gələ bilər
    39