Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür

0

  • 14.06.2025-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət Evində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbir iştirakçıları əvvəlcə “Heydər Parkı”nda ucaldılan Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə dərin ehtiram əlaməti olaraq gül dəstələri düzdülər. Mədəniyyət Evində davam edən tədbirdə Dövlət Himnimiz səsləndirildi. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən, siyasi irsindən və bu irsin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdıar.
    Bildirildi ki, 1993-cü ilin iyununda ölkənin düşdüyü ağır vəziyyət, vətəndaş qarşıdurması və dövlətçiliyin süqutu təhlükəsi fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müasir tariximizin qürur səhifəsidir. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizdə dövlətçiliyin əsasları möhkəmləndirilib, siyasi sabitlik təmin olunub, iqtisadi və sosial inkişafın bünövrəsi qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və məqsədyönlü siyasət sayəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə çatıb, ərazi bütövlüyünü bərpa edərək suveren dövlət kimi tarixə imza atıb.
    Tədbirin sonunda “Qurtuluşa doğru” adlı sənədli filmün nümayişi oldu.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 gün öncə
    İzlənib144 dəfə
    xəbər

    Maraqlı gələ bilər
    74
    60
    104